MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

Baş Prokurorluğun Elm-Tədris Mərkəzində dövlət qulluqçuları üçün “Etik davranış qaydalarının tətbiqi əsasları və xüsusiyyətləri” mövzusunda silsilə təlimlərinin keçirilməsinə start verilib

10:53 01.03.2023



Baş Prokurorluğun Elm-Tədris Mərkəzində dövlət qulluqçuları üçün “Etik davranış qaydalarının tətbiqi əsasları və xüsusiyyətləri” mövzusunda silsilə təlimlərinin keçirilməsinə start verilib.
 
Tədbirdə Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi Natiq Hüseynov və Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədovla birlikdə mən də iştirak etdim.
 
Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri kimi prokurorluq orqanlarında çalışan dövlət qulluqçuları üçün "Etik davranış qaydalarının tətbiqinə mane olan qərəzlər" mövzusunda təlim keçdim. 
 
Dəvət və yüksək səviyyədə təşkilatçılıq üçün Baş Prokurorluğa təşəkkür edirəm.